“Yaşıl çay” FT-də ilk dəfə olaraq çay toxumu yığımına başlanıb FOTOLAR
Son illər qeyri-neft sektorunun inkişafı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Göstərilən diqqət və qayğı kənd təsərrüfatının, o cümlədən çayçılığın inkişafına güclü stimul verib. SİA-nın məlumatına görə, Lənkəranda çay istehsalı ilə məşğul olan sahibkar Araz Yağubov da ölkədə yaradılan bu azad iqtisadi mühitdən bəhrələnərək "Yaşıl çay" Fermer Təsərrüfatı MMC-ni ildən-ilə inkişaf etdirir. Bir neçə gündür ki, təsərrüfatın çay plantasiyalarından ilk dəfə olaraq çay toxumu yığımına başlanıb.
Müəssisənin direktoru Araz Yağubovun sözlərinə görə, bu il 41 ha sahədən elit çay toxumu yığılacaq. Artıq toxum yığımına start verilib. Bununla müəssisə digər yerlərdən toxum almaqdan qurtulmaqla özü-özünü elit toxumla təmin edə biləcək. Qalan toxumların isə digər təsərrüfatlara satılması nəzərdə tutulub.
Hazırda təsərrüfatın 61 hektar çay plantasiyası var. Bunun 41 hektarı məhsuldar sahələrdir. Plantasiyaların salınmasında əsasən yüksək məhsuldarlığı ilə seçilən "Kolxida"çay sortundan istifadə edilib. Bu il təsərrüfatda həmçinin ilk dəfə olaraq 90 ton yüksək keyfiyyətli yaşıl çay yarpağı yığılıb.
Qeyd edək ki, "Yaşıl çay" Fermer Təsərrüfatı MMC-də cari ilin payızında daha 10 hektarda çay əkini aparılması nəzərdə tutulub. Bu məqsədlə şitillik sahəsi yaradılıb. Hava şəraiti imkan verən kimi çay əkininə start veriləcək. Hədəf gələcəkdə çay plantasiyasını 100 hektara çatdırmaqdır.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB