Fransa Azərbaycan investorlarını bu ölkədə iş qurmağa dəvət edir. SİA-nın məlumatına görə, bunu keçirdiyi mətbuat konfransında Fransanın Azərbaycandakı səfiri Aureliya Buşez deyib. O bildirib ki, bunun üçün Fransada əlverişli şərait var. Eyni zamanda həm hökumətlər, həm şirkətlər arasında yaxşı münasibət mövcuddur: " Fransa və Azərbaycan prezidentləri müntəzəm olaraq görüşürlər, nazirliklər səviyyəsində də qarşılıqlı təmaslar olur. Fransa investisiya üçün cəlbedici ölkədir. İnvestisiya dahəsində mübadilə hər iki tərəf üçün faydalıdır. Fransa şirkətləri də bu imkanlardan istifadə edə bilərlər".
Səfir deyib ki, bir neçə böyük Azərbaycan şirkəti Fransada investisiya layihələri həyata keçirib. Onun sözlərinə görə, xarici investorların Fransada çalışması ölkə üçün tək kapital axını deyil, həm də həmin ölkələrin təcrübəsindən faydalanmaqdır. Azərbaycan sərmayəçiləri Fransada çalışmaqla həm də Avropa bazarından istifadə etmiş olurlar. Çünki Fransa çox böyük platformadır. Diplomat Fransanın Avropada sənaye sahəsində investisiyaya görə birinci olduğunu əlavə edib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB