2016-cı ilin oktyabr ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 7074 metr qazma işi həyata keçirilib. SİA-nın SOCAR-a istinadən verdiyi xəbərə görə, bu sahədə görülən işlərin 6469 metri istismara, 605 metri isə kəşfiyyata aid olub. Ümumiyyətlə, 2016-cı ilin yanvar-oktyabr aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 93657 metr qazma işi görülüb ki, bunun da 90987 metri istismara, 2670 metri isə kəşfiyyata aid olub.
Bundan əlavə, oktyabr ayı ərzində qazmadan alınan 6, ilin əvvəlindən isə 52 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB