Sumqayıtda təlim keçirilib

Sumqayıtda "Etilen Polietilen" zavodunun Neft-Kimya məhsullarının qəbulu və buraxılması sahəsində obyekt Mülki Müdafiə məşqi kecirilib.

SİA-nın məlumatına görə, keçirilən geniş səpkili təlimdə Mülki Müdafiə baş idarəsinin rəhbərliyi, Mülki Müdafiə qoşunlarının labaratoriyası, Az.Dəmiryol QSC-nin yangınsöndürmə qatarı, Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə idarəsinin qüvvə və vasitələri, Sumqayıt Təcili Tibbi Yardım stasiyasının bir avtomobili, Sumqayıt Socar Kimyaçı poliklinikasının TTY avtomobil və heyəti ilə Azərikimya Etilen Poletilen zavodu və Təmir Tikinti idarəsinin hərbiləşdirilməmiş Mülki Müdafiə qüvvələri və Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin 12 nəfərdən ibarət "Mobil Dəstə"si və bir Təcili yardım maşını iştirak ediblər.

Təlim zamanı qarşıya qoyulan məqsədə nail olunub. Təlimin sonunda sıra düzülüşü zamanı Azərkimya İB-nin icraçı direktor müavini Vüqar Kərimov təlim iştirakçılarına öhdələrinə düşən işi layiqincə yerinə yetirdiklərinə görə minnətdarlığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə