Bakıda Xorvatiyanın turizm imkanları ilə bağlı təqdimat olub. SİA-nın məlumatına görə, bu ölkənin "Atlantis Travel" şirkətinin direktoru Zoran Çarapiç Xorvatiyanın geniş turizm imkanlarına malik olduğunu vurğulayıb. O deyib ki, ölkənin gözəl təbiəti, gölləri, mətbəxi, istənilən qiymətə olan otelləri, hostelləri turistləri razı salır. Qeyd edilib ki, 2013-cü ildə Xorvatiya ilə Azərbaycan arasında çarter reysləri həyata keçirilib. Bu da səfər üçün maliyyə xərclərini azaldıb. 2017-ci ilin yay aylarında da belə reyslərin təşkili nəzərdə tutulub: "Hazırda isə biz Türk hava Yolları ilə Zaqreb və Dubrovnik şəhərlərinə xüsusi qiymətə səfərlərin təşkilini razılaşdırmışıq".
Tədbirdə Xorvatiya turizmi ilə bağlı videopolik də nümayiş olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB