Neft ucuzlaşır

Dünya bazarında neftin qiymətində ucuzlaşma qeydə alınıb. SİA-nın xəbərinə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI neftinin qiyməti 1 barelə görə 0,30 dollar azalaraq 50,55 dollar, Londonun ICE qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,25 dollar azalaraq 51,53 dollar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə