SOCAR İstiqrazları manatla buraxıla bilər?

SOCAR İstiqrazları manatla buraxıla bilər?

"Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazlarını alan investorlar arasında qiymətli kağızlara 100 min dollardan artıq pul yatıran kifayət qədər investor var". SİA-nın xəbərinə görə, bunu SOCAR istiqrazlarının satışının yekunlaşması və təkrar bazar əməliyyatlarının başlanması ilə bağlı keçirilən mətbuat konfransında Şirkətin kapital bazarları üzrə baş məsləhətçisi Ali Ağaoğlu qeyd edib.

Onun sözlərinə görə, istiqrazlara olan tələbin ödənilməsi zamanı korporativ müştərilərə üstünlük verilib. A.Ağaoğlu onu da deyib ki, istiqrazlara verilmiş sifarişin məbləğinə görə, Bakıdakı investorlar üstünlük təşkil etsə də, sifarişlərin sayı baxımından regionlar Bakını üstələyib.

İstiqrazların manatla buraxılması ilə bağlı sualı cavablandıran A.Ağaoğlu hazırda SOCAR istiqrazlarının manatla buraxılmasının nəzərdə tutulmadığını deyib: "Bu, gələcəyin məsələsidir və əgər ehtiyac yaransa, bu haqda düşünülə bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə