"İstiqrazlar sifarişlərinin 90%-dən çoxu vətəndaşlarımıza aid olub"

"İstiqrazlar sifarişlərinin 90%-dən çoxu vətəndaşlarımıza aid olub"

"20 sentyabr - 10 oktyabr tarixlərində satışa çıxarılan SOCAR İstiqrazları üçün verilən sifarişlərin 90%-dən çoxu vətəndaşlarımıza aid olub. SİA-nın xəbərinə görə, bunu SOCAR prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, 2021-ci ilədək SOCAR bazarda daim tənzimləyici və alıcı qismində iştirak edərək, buraxılan istiqrazları satmaq istəyən investorlardan nominal qiymətdən - 1000 dollardan alacaq: "Bu istiqrazları alan hər bir investor istədiyi vaxt sahibi olduğu istiqrazları sata bilər. Hətta bu gün də istiqrazları sata bilərlər. Bu halda bir günün faizləri belə istiqraz sahiblərinə ödəniləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə