Oktyabrın 19-da Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun tikinti sahəsində ən böyük tədbiri - 22-ci Azərbaycan Beynəlxalq İnşaat "BakuBuild 2016" sərgisi öz qapılarını ziyarətçilərin üzünə açacaq.
SİA-nın məlumatına görə, "BakuBuild" sərgisi ilə yanaşı,9-cu Beynəlxalq İstilik, Havalandırma və Kondisiyalaşdırma sistemləri, Su təchizatı, Sanitariya, Ətraf mühitin mühafizəsi texnologiyaları, Üzgüçülük hovuzu və Bərpa olunan enerji "Aquatherm Baku 2016" və 9-cu Xəzər Beynəlxalq
Mühafizə, Təhlükəsizlik və Xilasetmə vasitələri "Securika CIPS 2016" sərgilərinin də daxil olduğu Xəzər İnşaat Həftəsi start götürəcək.
Bu il "BakuBuild" sərgisində dünyanın 26 ölkəsini təmsil edən 298 şirkət iştirak edir və üç ölkə - İtaliya, İran və BƏƏ sərgidə öz milli pavilyonları ilə təmsil olunacaq. Həmçinin tədbirdə fransız şirkətləri kollektiv stendlə, Türkiyəni təmsil edən istehsalçılar isə böyük qrup şəklində iştirak edirlər.
Tikinti sahəsində öz xidmətlərini təklif edən istehsalçı, distribyutor və müəssisələrdən ibarət Azərbaycan şirkətləri sərgi eksponentlərinin 50%-ni təşkil edir ki, bu da çox sevindirici haldır. BakuBuild 2016 sərgisinin sponsoru qismində Corella markası (NB Group şirkəti) və Akkord Cement
şirkəti, informasiya tərəfdaşı qismində isə "Dom i İnteryer" (Ev və İnteryer) çıxış edir.
Ənənəvi olaraq, "BakuBuild 2016" sərgisində keramika, üzlük daşlar, mərmər, lak-boya materialları, qapı-pəncərə, interyer, dam və döşəmə örtükləri, metal və bürünc məmulatlar, eləcə də inşaat texnikası kimi tikinti materiallarının bütün çeşidi təqdim olunacaq. Bakı Ekspo Mərkəzinin qarşısındakı xarici platformada isə ən yeni inşaat texnikası nümayiş olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB