Soya bitkisinin istehsalı artırılacaq

Soya bitkisinin istehsalı artırılacaq

"Azərbaycanda heyvandarlıq sahəsinin yemlə təmini üçün soya məhsulunun istehsalı artırılacaq. SİA-nın məlumatına görə, bunu jurnalistlərə kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov bildirib.

O xatırladıb ki, ölkədə yemə olan tələbatın ödənilməsi və yerli istehsalın təşkil edilməsinə dair Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı tərəfindən tapşırıqlar verilib: "Kənd Təsərrüfatı Nazirliyi yemçilik, xüsusilə də quşçuluq sahəsində yem tədarükünün həcminin artırılması məqsədilə konkret tədbirlər həyata keçirməyə başlayıb. Yəqin ki, növbəti ildə artıq bu istiqamətdə nəticələrin şahidi olacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə