Təbii qazın verilişi bərpa edilib

Cəlilabad rayonunun Hamarqışlaq kəndinə təbii qazın verilişi bərpa edilib.

SOCAR-ın mətbuat xidmətindən SİA-ya bildirilib ki, 184 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 13 min 843 metr uzunluğunda müxtəlif diametrli pilietilen və metal borularla qaz xətləri çəkilib, hər bir abonentin mənzilində sayğac və fərdi tənzimləyici quraşdırılıb. Hazırda rayonun daha 3 kəndində - Gülməmmədli, Xəlilabad və Kövüzbulaq kəndlərində qazlaşdırma işləri davam etdirilir. Yaxın vaxtlarda həmin kəndlərə də ardıcıllıqla təbii qazın verilişi təmin olunacaq.

Sakinlər və ictimaiyyət nümayəndələri kəndə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə