Cavid Qurbanov: “AzRusTrans”ın 51 faizi “Azərbaycan Dəmir Yolları”nındır" AÇIQLAMA

"Şimal-Cənub dəhlizinin alternativi yoxdur"
Cavid Qurbanov: “AzRusTrans”ın 51 faizi “Azərbaycan Dəmir Yolları”nındır" AÇIQLAMA

"Rusaqrotrans" QSC çox böyük şirkətdir. Onların 75 mindən çox dəmir yolu vaqonları var. Həmin vaqonlardan 25 min ədədi aqrar məhsulların daşınmasına yönələ bilər. Rusiya, Azərbaycan, İran, Gürcüstan və Türkiyə arasında yük dövriyyəsində dəmir yolu daşımalarının payını artırmaq məqsədilə "Azərbaycan Dəmir Yolları" QSC "Rusaqrotrans" QSC ilə birlikdə "AzRusTrans" QSC müştərək müəssisəsini yaratdı". Bunu jurnalistlərə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.

O, birgə müəssisənin yaradılma səbəbi və fəaliyyət istiqamətindən danışıb: "Bölgədə ən böyük taxıl istehsalçısı Rusiyadır. Bu ölkə 118 mln ton taxıl istehsal edir və satır. Onlara bazarlar lazımdır. Bazarlar isə Türkiyə, İran, Azərbaycan və Gürcüstandadır. Asiyada isə ən çox taxıl istehsalı ilə Qazaxstan məşğul olur. Adıçəkilən ölkə 20 mln tona yaxın taxıl istehsal edir. Bu yüklərin daşınması üçün bizə böyük vaqon parkı lazımdır. Həm gömrük, həm sərhəd keçidləri məsələlərinin müəyyənləşdirilməsi, həm də xüsusi tariflərin tətbiq olunması üçün birgə müəssisə yaratdıq. Bu müəsisənin 51 faizi "Azərbaycan Dəmir Yolları"nın, 49 faizi isə "Rusaqrostrans" QSC-nindir. Müəssisənin adı isə "AzRusTrans" QSC-dir. Bu qurum İran, Türkiyə, Azərbaycan və Rusiya üzərindən çalışacaq. İlk məqsədimiz taxılın daşınmasıdır. İrana təqribən 3 mln ton taxıl daşınır. 1,5 mln ton Azərbaycanın, 1,5 mln ton isə Gürcüstanın tələbatıdır. Ümumilikdə 5-6 mln ton edir. Hazırda onlar limanlardan gəmilərlə daşınır. Vaqonlarla gəlib gəmilərə boşaldılır, oradan isə ayrı nəqliyyat növlərinə yüklənir. Həm vaxt itikisi, həm də digər çətinliklər yaranır. Bu müəssisə vasitəsilə isə, məsələn Stavrapoldan yüklənən məhsul İran Astarası və ya Qarsda boşaldılır".

C.Qurbanov Şimal-Cənub dəhlizinin alternativi olmadığını bildirərək, bu dəhliz vasitəsi ilə danışmaların xeyrindən danışıb: "Məhsullar Bəndər Abbasda vaqona yüklənir, Fin körfəzində boşaldılır. Yüklər 7 min km ərazidə nəqliyyat dəyişmədən yol gedir. Bu, yük itkisinin qarşısnı alır və təhlükəsizliyini təmin edir. Həmçinin yüklər vaxtında müəyyənləşdirilmiş yerə çatır.`".

Bütün xəbərlər Facebook səhifəmizdə