"AzRusTrans" QSC təqdim olundu SƏS TV

Bakıda "Azərbaycan Dəmir Yolları" QSC və "Rusaqrotrans" QSC-nin birgə müəssisəsi olan "AzRusTrans" QSC Azərbaycanın yükgöndərənləri və yük sahiblərinə təqdim olunub. SİA-nın məlumatına görə, tədbirdə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov, müavinləri Vüsal Aslanov və İqbal Hüseynov, "Rusaqrotrans" QSC-nin Direktorlar şurasının üzvü Konstantin Zasov, QSC-nin Baş Direktoru Yuri Kim və Direktorlar şurasının sədri Oleq Roqaçov və digərləri iştirak ediblər.

"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov çıxış edərək Azərbaycan Dəmir Yollarının uğurlu fəaliyyəti, Şimal-Cənub dəhlizi haqında geniş məlumat verib. Daha sonra qeyd edib ki, "Azərbaycan Dəmir Yolları" QSC və Rusiyanın taxıl yüklərinin dəmir yolu ilə daşımaları üzrə nəhəng operatoru "Rusaqrotrans" QSC Rusiya, Azərbaycan, İran, Gürcüstan və Türkiyə arasında yük dövriyyəsində dəmir yolu daşımalarının payını artıqmaq məqsədilə "AzRusTrans" QSC müştərək müəssisəsi yaradılıb.

C.Qurbanov şirkətin məqsəd və vəzifələri barədə danışıb. Bildirib ki, yeni QSC-nin fəaliyyəti sayəsində Azərbaycan Dəmir Yolları tərəfindən rekonstruksiya edilmiş nəqliyyat dəhlizləri, əsasən, Bakı-Tiflis-Qars və Şimal-Cənub dəhlizləri Rusiya, Azərbaycan, İran, Gürcüstan və Türkiyə arasında dəmir yolu daşımalarının həcmini artırmağa imkan verəcək.

"Rusaqrotrans" QSC-nin Direktorlar şurasının üzvü Konstantin Zasov yeni yaradılan qurumun uğurlu fəaliyyət göstərəcəyinə şübhə olmadığını vurğulayaraq, QSC-nin fəaliyyət istiqaməti haqqında danışıb.

Tədbirdə bildirilib ki, yeni QSC-nin fəaliyyəti ilə Rusiya-İran, Rusiya-Gürcüstan və Rusiya-Türkiyə istiqmətində taxıl daşımaları daha perspektivli ola bilər.

"AzRusTrans" QSC Rusiya Federasiyasında və Azərbaycanda şəxsi qatar parkına sahib olan ən əsas operatorlatdan biri olmağa can atan dəmir yolu şirkətidir. QSC müxtəlif yüklərin, o cümlədən taxıl və digər aqrar yüklərin, meşə materiallarının, mineral gübrələrin, inşaat, konteyner və maye yüklərin daşınmasını təşkil edir. Şirkət Rusiya və Azərbaycan ərasizində limanlarda yükləmə-boşaltma da daxil olmaqla tranzit daşımalar sahəsində tam xidmət təqdim edir, çatdırma müddətlərini optimallaşdırır, vaqonların izlənməsini təşkil edir, məsləhət və gömrük xidmətləri göstərir, fitosanitar və baytar nəzarəti də daxil olmaqla lazımi sənədləri rəsmiləşdirir.

Təqdimat çıxışlarından sonra yeni QSC-nin yaradılması haqda müqavilə imzalanıb. Tədbir iştirakçıları junalistlərin suallarını cavablandırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə