Azərbaycan Gürcüstanın ən böyük investoru olaraq qalır. SİA-nın Gürcüstan Statistikasının Milli Xidmətinə istinadən verdiyi məlumata görə, bu barədə 2016-cı ilin yarımilliyi ilə bağlı verilən açıqlamada bildirilib.
Hesabatda deyilir ki, bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan Gürcüstan iqtisadiyyatına 283 milyon ABŞ dolları həcmində investisiya qoyub. Bu da qonşu ölkəyə yatırılan xarici sərmayənin 34 faizini təşkil edir. İkinci yerdə 108 milyon dollar (13%) Böyük Britaniya, üçüncü yerdə isə 85 milyon dollarlıq (10,2%) investisiya ilə Türkiyə gəlir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB