"Günəşli" yatağındakı 10 saylı özüldə aparılan əsaslı təmirdən sonra daha bir quyu istismara verilib. SİA-nın SOCAR-ın saytına istinadən verdiyi xəbərə görə, "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş təbii fəlakətdən sonra aparılan təmir-bərpa işlərindən sonra bu günlərddə özüldəki daha bir quyu - 340 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. Quyu məhsuldar qat çöküntülərinin Fasilə lay dəstəsindən fontan üsulu ilə məhsul verib, 2967-2935 metr intervaldan gündəlik 52 ton neft və 8000 kubmetr qaz hasilatı ilə istismara daxil edilib.
Quyuda istismar işləri "Azneft" İB "28 May" NQÇİ tərfindən həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB