Qızıl bahalaşdı

Dünya bazarında qızılın qiymətində bahalaşma qeydə alınıb. SİA-nın xəbərinə görə, COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 0,90 dollar bahalaşaraq 1 326,90 dollara, gümüş isə 0,02 dollar ucuzlaşaraq 19,17 dollara satılıb. Amerika fond bazarında Dow Jones indeksi 1,07% - 18 143,45 bəndədək, S&P 500 0,93% - 2 151,13 bəndədək, NASDAQ 0,93% - 5 269,16 bəndədək azalıb. Avropa fond bazarlarında FTSE 100 indeksi 1,02% - 6 919,42 bəndədək, Fransa CAC-40-ı 0,26% - 4 443,84 bəndədək bahalaşıb, Almaniya DAX-ı 0,31% - 10 405,54 bəndədək ucuzlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə