"Dünyada iqtisadi tənəzzül maliyyə siyasətinin qeyri- müəyyənliyindən asılıdır"
"Bəziləri bildirir ki, sənayeviləşmiş ölkələrdə dünyəvilik müəyyən ləngiməyə uğrayıb. Lakin mən bunun tam əleyhinəyəm". SİA-nın xəbərinə görə, bu fikirləri iqtisadiyyat üzrə Nobel mükafatı Edvard Preskott Bakı Forumunda çıxışı zamanı deyib.
Nobel mükafatı laureatı ABŞ-a nəzərə salaraq söyləyib ki, Amerikada həddi buluğa çatmış insanların əməyinə ehtiyac yaranıb: "Bu ehtiyac bütün dövlətlər üçün sürətlə artır. Bu hal hansı ölkələrdə aşağıdırsa, zaman gələcək bu templər artacaq. Əksinə olan dövlətlərdə isə bu temp azalacaq. 2008-ci ildə ABŞ-ın siyasətində dəyişiklik əldə edilib. Bu illər ərzində orada inkişaf qeydə alınmayıb, iqtisadiyyat tənəzzülə uğrayıb. Amma rəqəmlərə baxdıqda ABŞ-da bu istiqamət üzrə rəqəmlərin inkişaf etmiş ölkələrdən yüksək olduğu görünsə də, elmi cəhətdən başqa rəqəmlərin olduğunu görürük. ABŞ- da sərmayə qoyuluşu ilə bağlı rəqəmlər olduqca aşağı düşüb. Bu gün yeni texnika icad edənlərin bazarı olduqca güclüdür. Burada qoyulan sərmayədən az gəlir əldə edilməsi fikirləri var. Amma bu, belə deyil. Qoyulan sərmayə müqabilində illik 4.2 faiz gəlir əldə etmək mümkündür. ÜDM-ni səhv hesab etdiyimiz üçün belə bir düşüncə meydana gəlib".
Hazırki dönəmdə səhiyyə sisteminin injişaf etdiyini deyən mükafat laureatçısı qeyd edib ki, bu gün biz elə dönəmdə yaşayırıq ki, səhiyyə sistemimiz daha mükəmməldir.
Daha sonra çıxış edən iqtisadiyyat üzrə nobel mükafatçısı Fin Kidland qeyd edib ki, dünyada insanların vəziyyətini necə yaxşılaşdırmaq məsələsi bu gün mühüm məsələlərdən biridir: "Forumda bununla bağlı müzakirələr aparacaq, fikir mübadiləsi ediləcək. Dünyada gedən iqtisadi böhran nəticəsində baş verənlər hökumətlərin apardığı iqtisadi siyasətin fərqliliyini göstərir. Amerika, Avropa, Yaponiya mərkəzi bankları uzun müddətdə inkişafı yarada bilən qurumlardır. Dünyanın müxtəlif ölkələrindən müxtəlif problemlər var. Bəzi ölkələrin iqtisadiyyatlarındakı tənəzzül gələcək maliyyə siyasətinin qeyri- müəyyənliyi ilə bağlıdır. Bunun nəticəsidir ki, iqtisadi böhran illərdir davam edir. İqtisadçılar düşünür ki, bu məhsuldarlığın, eləcə də sərmayə qoyuluşunun qarşısını alır. Avropada maliyyə ilə bağlı qərarlar mühüm əhəmiyyət daşıyır. Avro ilə bağlı böhranın davam etməsi də göz qabağındadır. Dünya iqtisadiyyatında Çinin rolu artıb, amma getdikcə bu rol azalacaq. Son 20 ildə Azərbaycan iqtisadiyyatına böyük sərmayələr qoyulub. Xüsusilə təhsil sistemində islahatlara diqqət yetirilməldir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB