Dəmir yolu gücləndirilmiş iş rejimində çalışacaq

Dəmir yolu gücləndirilmiş iş rejimində çalışacaq

Bayram günlərində sərnişin axınının artması adi hala çevrilib. Rahat və ucuz nəqliyyat vasitəsi kimi vətəndaşlarımız dəmir yolunun xidmətlərindən istifadəyə üstünlük verirlər. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun SİA-ya verdiyi məlumata görə, QSC-nin Sərnişin daşımaları Departamentinin kollektivi müqəddəs Qurban Bayramı və Yeni dərs ili ərəfəsində gücləndirilmiş iş rejimində çalışacaq.

Departamentin kollektivi bu sahədə ciddi hazırlıq işləri görür. Yeni dərs ili ərəfəsində sərnişin sıxlığının artması ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20 ədəd əlavə vaqonun qoşulması təmin ediləcək.

Xatırladaq ki, sərnişin qatarlarına bilet satışı 10 gün öncədən, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə