Azərbaycan Ukraynadan 10 ədəd An-178 təyyarəsi alacaq. SİA xəbər verir ki, bu barədə УНН agentliyi məlumat yayıb. Məlumata görə, bununla bağlı Ukraynanın "Antonov"dövlət şirkətinə sifariş verilib.
"An-178 təyyarələrinin sertifikasiya testlərindən keçməsi bizim üçün prioritet istiqamətlərdən biridir. Təyyarələr Avropanın CS-25 standartlarının tələblərinə uyğun olaraq hazırlanır. Azərbaycan aviaşirkətindən 10 belə təyyarə sifarişi almışıq. Hazırda zavoda bununla bağlı iş gedir", - deyə şirkətin prezidenti Aleksanrd Kotsuba bildirib.
Qeyd edək ki, An-178 təyyarələrinin alınmasına dair məsələ Ukrayna prezidentinin iyul ayında Bakıya səfəri zamanı müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB