İran OPEK-in iclasında təmsil olunacaq

İran OPEK-in iclasında təmsil olunacaq

İran sentyabrın sonunda Əlcəzairdə keçiriləcək OPEK-in qeyri-rəsmi görüşündə təmsil olunacaq. SİA Shana agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın neft naziri Bican Zangan bildirib. Nazir əlavə edib ki, OPEK rəhbəri Mohammad Barkindo yaxın günlərdə İrana səfər edəcək.

Görüşdə neft hasilatının həcminin dondurulması ilə bağlı məsələnin yenidən gündəmə gələcəyi gözlənilir. Qeyd edək ki, daha əvvəl OPEK-in iclaslarında neft istehsal edən ölkələr hasilatın dondurulması ilə bağlı razılığa gələ bilməyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə