Məzənnələrin qiyməti artdı

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb. AMB-dən SİA-ya verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi avqust ayının 23-ü ilə müqayisədə 0,25% artaraq 1,6245 manata yüksəlib.

Avro manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,11% zəifləyərək 1,8349 manat olub.

Rusiyanın milli valyutası rublu ötən günlə müqayisədə 0,8% artaraq 0,0252 manat səviyyəsinə yüksəlib. Türkiyə lirəsinin məzənnəsi isə 0,4% zəifləyərək 0,5496 manat olub.

Bütün xəbərlər Facebook səhifəmizdə