Azərbaycan ərəb turistlər üçün prioritet istiqamətə çevrilib “Arabian Gazette”

Azərbaycan ərəb turistlər üçün prioritet istiqamətə çevrilib “Arabian Gazette”

Azərbaycan ərəb ölkələrindən olan turistlər üçün sevimli istiqamətə çevrilib. SİA-nın məlumatına görə, bu barədə "Arabian Gazette" də dərc edilmiş məqalədə deylir. Müəllif yazır ki, Birləşmiş Ərəb Əmirliklərindən(BƏƏ) və digər Fars körfəzi ölkələrindən Azərbaycana gələn turistlərin sayı artmaqdadır. Rəsmi statistikaya görə, ölkəyə cari ilin yanvar-iyun aylarında gələn turistlərin sayı 30 dəfə artıb.

Körfəz ölkələrinin vətəndaşları üçün viza rejiminin sadələşdirilməsinə dair Azərbaycan rəhbərliyinin qəbul etdiyi strateji qərar turistlərin sayının artmasında əhəmiyyətli rol oynadı. Məqalədə Azərbaycanın çox gözəl iqlimə, təbiətə, mədəniyyətə, mətbəxə malik olduğu qeyd edilib, insanların qonaqpərvərliyindən söz açılıb: "Fars körfəzi ölkələrindən olan turistlər paytaxt Bakıdan sonra daha çox Qəbələ, Quba, Naftalan, Şahdağ, İsmayıllı, Qax və Zaqatalaya səfərlər etməyə üstünlük verirlər. Yalnız mart- aprel aylarında BƏƏ-dən 10 mindən artıq, digər körfəz ölkələrindən isə 7 minə yaxın turist gəlib. Avqustdan dekabr ayına kimi tursitlərin sayının daha da artacağı gözlənilir. Bu nəticələr onu göstərir ki, Azərbaycan BƏƏ-dən və digər körfəz ölkələrindən olan turistlər üçün pirioritet istiqamətə çevrilib". Məqalədə ərəblərin Azərbaycana üstünlük vermələrinin başlıca səbəblərindən biri kimi ölkədə sabitliyin olması, halal qidalar göstərilib. Azərbaycanın ovçuluq və balıq tutmaq üçün də cəlbedici məkan olduğu vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə