Qazaxıstan Xəzər dənizində İranla əməkdaşlıq edəcək

Qazaxıstan Xəzər dənizində İranla əməkdaşlıq edəcək

Qazaxıstanla İran Xəzərdə dəniz ticarət gəmiçiliyi sahəsində əməkdaşlığa dair saziş imzalamağı planlaşdırır. SİA Qazaxıstanın baş nazirinin rəsmi saytına istinadən xəbər verir ki, sazişin bu il imzalanması nəzərdə tutulub.

Məlumata görə, Qazaxıstan sənəd layihəsinin razılaşdırılması üzrə daxili prosesi başa çatdırıb və sənədi İran tərəfinə təqdim edəcək.

Müqaviləyə əsasən, Qazaxıstan və İran limanları arasında dəniz daşımaçılığının inkişafı üçün vahid hüquqi baza yaradılacaq. Qazaxıstanın İnvestisya və İnkişaf üzrə Nazirliyinin məlumatına görə, iki ölkə arasında dəniz vasitəsilə yük daşımalarının həcmi 2 milyon ton təşkil edir. Dəniz ticarəti sahəsində anoloji sazişlər Qazaxıstanla digər Xəzəryanı ölkələr-Azərbaycan, Türkmənistan və Rusiya ilə mövcuddur.

Bütün xəbərlər Facebook səhifəmizdə