Qara qızılın qiyməti dəyişib

Dünya bazarında neftin qiymətində dəyişiklik qeydə alınıb. SİA-nın xəbərinə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI neftinin qiyməti 1 barelə görə 0,35 dollar artaraq 48,57 dollar təşkil edib. Londonun ICE qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,01 dollar ucuzlaşaraq 50,88 dollar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə