Altı ayda ölkədə neft emalı məhsullarının istehlakı 11,4 faiz artıb
Cari ilin yanvar-iyun aylarında ölkə daxilində əsas növ neft emalı məhsullarının istehlakı 1,9 milyon ton olub və 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 11,4 faiz artıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ümumi istehlakın 30,3 faizini avtomobil benzini, 29,5 faizini mazut yanacağı, 22,6 faizini dizel yanacağı, 4,8 faizini aviasiya üçün və sair ağ neft, 4,4 faizini neft-kimya sənayesində istifadə üçün benzin, 4,0 faizini maye qaz, 3,0 faizini neft bitumu, 1,0 faizini sürtgü yağları, 0,4 faizini isə digər neft məhsulları təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB