Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-OPEC neft istehsal edən ölkələr hasilatın "dondurulması" ilə əlaqədar sentyabrda yenidən toplaşa bilər.
Görüşün sentyabrın 26-da Əlcəzairdə keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, aprelin 17-də Qətərin paytaxtı Dohada neft istehsal edən ölkələrin nümayəndələrinin gərgin müzakirələrlə keçən görüşü nəticəsiz başa çatmışdı. Razılaşma sənədi üzərində aparılan 6 saatlıq müzakirədən sonra yekdillik əldə olunmamışdı. Nigeriyanın neft naziri Emmanuel İbe Kaçikvu isə Doha görüşünü şərh edərkən böyük ehtimalla OPEC və qeyri-OPEC neft hasilatçılarının iyunda yenidən toplaşacağını demişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB