SOCAR ötən ay 8 401 metr qazma işi həyata keçirib

SOCAR ötən ay 8 401 metr qazma işi həyata keçirib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 2016-cı ilin iyul ayı ərzində 8 401 metr qazma işi həyata keçirilib. SİA-nın SOCAR-a istinadən verdiyi xəbərə görə, bu sahədə görülmüş işlərin hamısı istismara aid olub. Ötən ay həyata keçirilən qazma işlərinin həcmi illik müqayisədə 8,6% az olub.

Ümumiyyətlə, 2016-cı ilin yanvar-iyul aylarında SOCAR üzrə (MM və ƏŞ-lər istisna olmaqla) 61 681 metr (illik 1,5% azalma) qazma işi görülüb ki, bunun da 60 464 metri istismara, 1 217 metri isə kəşfiyyata aid olub.

Bundan əlavə, iyul ayı ərzində qazmadan alınmış 9, ilin əvvəlindən isə 35 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə