Azərbaycan Respublikasının Mərkəzi Bankı maliyyə maarifləndirməsi istiqamətində 18- 22 iyul 2016-cı il tarixlərində 7-10 yaşlı uşaqlar üçün "Bu günün qənaəti, sabahın təminatı" adlı yay məktəbi təşkil edib. Mərkəzi Bankdan SİA-ya verilən məlumata görə, Yay məktəbi Beynəlxalq Maliyyə Korporasiyası, Azərbaycan Banklar Assosiasiyası, yerli bank və sığorta şirkətinin maliyyə, həmçinin ticarət müəssisəsinin təşkilati dəstəyi ilə baş tutub. Yay məktəbində 20 uşaq iştirak etmək hüququ qazanıb.
Yay məktəbinin əsas məqsədi uşaqların pulun tarixi, pul nişanları, büdcə anlayışı və şəxsi büdcənin hazırlanması, qənaət və israf, yığım mövzuları üzrə əyləncəli formada maarifləndirilməsi olub. Mövzuların uşaqlara lazımi səviyyədə çatdırılması məqsədilə sessiyalar interaktiv şəkildə aparılmış, maarifləndirici oyunlar və əyani vəsaitlərlə dəstəklənərək, şagirdləri maraqlandıran suallar cavablandırılıb. Sessiyaların sonunda sual-cavab formatlı müsabiqə və yarışlar həyata keçirilib.
Yay məktəbində iştirakçılar İçəri Şəhərdəki qədim pul ekspozisyası və Mərkəzi Bankın xəzinəsinə də ekskursiya edib.
Yay məktəbinin iştirakçıları sonda təlim materialları, müxtəlif hədiyyələr və sertifikatlarla mükafatlandırılıb.
Qeyd edək ki, bu tipli tədbirlərin gələcəkdə də keçirilməsi nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB