Nazirlər Kabineti Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin kollegiyasının tərkibini təsdiq edib. SİA-nın xəbərinə görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin kollegiyasının üzvlərinin sayı 7 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib:
Kollegiyanın sədri |
|
Quluzadə Ramin Namiq oğlu |
- Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri |
Kollegiyanın üzvləri: |
|
Abdullayev Əli İzzət oğlu |
- Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini |
Məmmədov İltimas Əhməd oğlu |
- Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin müavini |
Vəlizadə Elmir Tofiq oğlu |
- Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin müavini |
Məmmədov Rövşən Həmid oğlu |
- Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri |
Məmmədov Tahir Nadir oğlu |
- Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparatının daxili nəzarət və audit şöbəsinin müdiri |
Əsədov Elnar Tahir oğlu |
- Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin direktoru
|
"Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin kollegiyasının tərkibi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 iyun tarixli 115 nömrəli qərarı ləğv edilib.
Qərar imzalandığı gündən qüvvəyə minir.
Bütün xəbərlər Facebook səhifəmizdə