Xızıda sahibkarlara güzəştli kreditlər verilib

Xızıda sahibkarlara güzəştli kreditlər verilib

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir. Bu məqsədlə sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forum iyulun 21-də Xızı rayonunda keçirilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilib. Xızıda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarların investisiya layihələri maliyyələşdirilib.

Yüzdən çox sahibkarın iştirak etdiyi forum çərçivəsində Xızı rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış "yaşıl market", iri fermer, intensiv bağçılıq və istixana təsərrüfatlarının, şirniyyat istehsalı müəssisəsinin və 3 ulduz otelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsinin güzəştli kreditlər hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Forumda çıxış edən Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2016-cı ilin ötən dövrü ərzində 1383 sahibkara 76,8 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 3 min 300-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.

Qeyd edilib ki, ümumilikdə, indiyədək Abşeron iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1115 investisiya layihəsinin maliyyələşdirilməsinə 315,4 milyon manat güzəştli kredit verilmiş, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, taxıl anbarı, cins heyvandarlıq kompleksi, quşçuluq fabrikləri, çörək zavodları, tikinti materialları, tara istehsalı, ət və süd emalı müəssisələrinin yaradılması və sair sahələr üzrə investisiya layihələri maliyyələşdirilib.

İşgüzar forum çərçivəsində Abşeron iqtisadi rayonunda fəaliyyət göstərən 32 sahibkara 660 min manat güzəştli kredit verilib. Bu kreditlər əsasən, heyvandarlıq, əkinçilik, quşçuluq, polietilen paket, tikinti materialları istehsalı sahələrinin inkişafına yönəldiləcək. Bu layihələrin reallaşdırılması hesabına 50 yeni iş yerinin açılması imkanı yaradılacaq.

Həmçinin Xızıda güzəştli kredit ayrılmış ildə 4 min ton tərəvəz məhsulları istehsal etmək gücündə olan istixana və 1000 başlıq cins heyvandarlıq komplekslərində aparılan tikinti işlərinə baxış keçirilib.

Ümumilikdə indiyədək, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 48 müasir istixana kompleksinin yaradılmasına 141,5 milyon manat, illik istehsal gücü 189,6 min ton süd və 2,6 min ton ət olan 23 cins heyvandarlıq kompleksinin yaradılmasına 104,7 milyon manat güzəştli kredit verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olu

Bütün xəbərlər Facebook səhifəmizdə