İnvestisiya layihələrinin qəbuluna başlandı

İnvestisiya layihələrinin qəbuluna başlandı

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2016-cı il iyulun 15-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində işgüzar forum keçirib. SİA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib

- ət kəsimi, üzlüklər, dam örtükləri, plastik qablar, corab və şirniyyat məhsullarının istehsalı müəssisələrinin yaradılması.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-yə müraciət edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə