Qara qızıl ucuzlaşıb

Dünya bazarında neft ucuzlaşıb. SİA-nın xəbərinə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI neftinin qiyməti 1 barelə görə 0,24 dollar azalaraq 45,00 dollar təşkil edib. Londonun ICE qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,20 dollar azalaraq 46,76 dollar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə