Neftin qiyməti dəyişdi

Dünya bazarında neftin qiymətində bahalaşma qeydə alınıb. SİA-nın xəbərinə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında "Layt" markalı neftin bir bareli 45.84 dollar olub. Londonun ICE birjasında "Brent" markalı neftin bir bareli 47 dollardan yuxarı qiymətdə - 47.61 dollarda qərarlaşıb.

Azərbaycan neftinin qiymətində də bahalaşma qeydə alınıb. Belə ki, "AzəriLayt" markalı neftin bir barrelinin qiyməti 0.37 dollar bahalaşaraq 49.18 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə