2 milyondan çox Azərbaycan nefti nəql olunub

2 milyondan çox Azərbaycan nefti nəql olunub

Cari ilin iyununda Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) vasitəsilə 2 milyon 489 min 988 ton Azərbaycan nefti nəql olunub. SOCAR-ın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu ilin yanvar-iyun aylarında kəmərlə 14 milyon 930 min 790 ton neft ötürülüb. BTC istifadəyə verilən gündən bu il iyulun 1-dək kəmərə 307 milyon 606 min 179 ton neft vurulub.

İyunda BTC kəməri ilə 371 min 206 ton Türkmənistan nefti nəql edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə