Alman saytı: “Macarıstan Azərbaycanı yeganə enerji alternativi kimi görür”
Almaniyanın Eurasia News xəbər saytında "Macarıstan Azərbaycanı yeganə enerji alternativi kimi görür" adlı məqalə yayılıb. Məqalədə Bakıda keçirilən Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyalarının 6-cı iclasında iştirak edən Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun fikirləri yer alır.
Nazir Avropanın enerji təhlükəsizliyinin təminində Azərbaycanın yeganə alternativ olduğunu vurğulayıb. O deyib ki, Avropanın qaz təchizatına qısa müddətdə töhfə verə biləcək yeganə həll yolu Azərbaycandakı "Şahdəniz" yatağıdır. Macarıstan Azərbaycanın Avropa İttifaqı ilə ən qısa zamanda strateji tərəfdaşlıq sazişi bağlamasını, Azərbaycanla Avropa İttifaqı arasında daha sıx əməkdaşlığın olmasını arzu edir. Avropa İttifaqı ilə viza qaydalarının sadələşdirilməsinə dair danışıqlarda da Azərbaycan Macarıstana bel bağlaya bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB