Qara qızıl bahalaşır

Dünya bazarında nefti qiymətində bahalaşma qeydə alınıb. SİA-nın xəbərinə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI neftinin qiyməti 1 barelə görə 0,25 dollar artaraq 48,58 dollar, Londonun ICE birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,30 dollar artaraq 50,01 dollar olub.

Azərbaycan neftinin də qiyməti bahalaşıb. Belə ki, "AzəriLayt"ın bir barrelinin qiyməti isə 2,40 dollar bahalaşaraq 50,98 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə