Dünya üzrə ötən il ən çox neft istehsal edən ölkə Səudiyyə Ərəbistanı olub. Səudiyyə 568 milyon 500 min ton neft istehsal edib. Ən çox neft istehlakı isə ABŞ-ın payına düşüb. ABŞ 851 milyon 600 min ton neft istehlak edib.
"Bloombeg" xəbər verir ki, BP "Dünya Enerji Statistikası Hesabatı" hazırlayıb. Həmin hesabatda ötən il dünyada ümumilikdə 13 milyard 147 milyon 300 min ton neft ekvivalenti enerji istehlak edildiyi yazılıb. Bu enerji istehlakı tərkibində neft 32,9%-lik payla ilk yeri tutub.
Dünyada neft hasilatı keçən il 2014-cü illə müqayisədə 3,2 faiz artaraq 4 milyard 361 milyon 900 min ton olub. Dünyadakı ümumi neft hasilatının 13%-ni Səudiyyə Ərəbistanı təmin edib. Ən çox istehlak da 19,7 faiz ilə ABŞ tərəfindən reallaşdırılıb.
Neft istehsalında dünyada ilk yeri tutan Səudiyyə Ərəbistanı istehsal səviyyəsini keçən il 2014-cü illə müqayisədə 4,6% artıraraq 568 milyon 500 min tona çatdırıb. Səudiyyə Ərəbistanının ardınca 567 milyon 200 min tonla ABŞ və 540 milyon 700 min tonla Rusiya gəlir.
Keçən il 2014-cü illə müqayisədə neft hasilatını ən çox artıran ölkə isə 22,9% ilə İraq olub. Ölkədə istehsal, 160 milyon 300 min tondan 197 milyon tona qalxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB