Neftin bahalaşır, bəs məzənnələr? RƏY

Neftin bahalaşır, bəs məzənnələr? RƏY

"Mütəxəssislər bu ilin ikinci yarısından sonra neftin qiymətlərinin 50-60 dollar, gələn il isə 60-70 dollar arasında olacağını proqnozlaşdırırlar. Aparılan müşahidələr qiymətlərin təxminən belə bir səviyyədə dəyişəcəyini deməyə əsas verir". Bunu SİA-ya açıqlamasında "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisadçı ekspert Fikrət Yusifov deyib.

Neftin bahalaşmasının Azərbaycandakı xarici valyutaların məzənnələrinin qiymətinə təsirinə gəlincə, iqtisadçı-ekspert söyləyib ki, valyuta gəlirlərimizin böyük bir hissəsinin məhz neft satışından olduğunu nəzərə alsaq, əslində bu dəyişikliyin manatın məzənnəsinə müsbət təsirinin mümkünlüyünü söyləmək lazımdır: "Lakin bir məsələni nəzərdən qaçırmaq olmaz ki, valyuta gəlirlərinin həcmindən asılı olmayaraq manatın məzənnəsi onun real bazar dəyərini əks etdirməlidir. Biz pul-kredit siyasətində ötən illərdə yol verilmiş səhvləri təkrar edə bilmərik. Manatın bugünkü məzənnəsi real sektordan ixracın stimullaşdırılmasına təkan verə biləcək həddədir. Odur ki, bundan sonra dünya bazarlarında neftin qiymətlərinin necə dəyişməsindən asılı olmayaraq, xarici məzənnələrin qiymətində hər hansı bir kəskin dəyişikliyin baş verməsi gözlənilmir".

Bütün xəbərlər Facebook səhifəmizdə