Səudiyyə Ərəbistanının neft siyasətinin gizlin tərəfləri

Səudiyyə Ərəbistanının neft siyasətinin gizlin tərəfləri

"Hazırda Səudiyyə Ərəbistanın apardığı neft siyasəti özünün ənənəvi bazarlarının qornmasına yönəlib". Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı ekspert İlham Şaban deyib.

Ekspertin sözlərinə görə, Səudiyyə Ərəbistanının bəzi ölkələrə baha, bəzilərinə orta və ya ucuz qiymətə neft satmasını onun bir neçə istiqamətli siyasət aparması kimi qiymətləndirmək olmaz: "Avropanın neft bazarında xüsusi çəkisi olan Səudiyyə Ərəbistanı daim ABŞ-ın o cümlədən də Çin və Yaponiyanın əsas tərəfdaşı olub. O neft hasilatına görə, dünyanın həmişə ilk iki yerində yerində qərarlaşan bir ölkə kimi dünya bazarında qlobal oyunçusu olmaqla bir çox ölkələrlə xam neft və neft ticarəti edir. Hər bir qlobal oyunçunun özünə bağlamaq istədiyi istehlakçıları olur. Səudiyyə Ərəbistanı da neftin müxtəlif qiymətlərə satmaqla öz bazarını qorumağa çalışır".

Neftin satış ilə bağlı bazarlar uğrunda daim mübarizə aparıldığını qeyd edən İ. Şaban söyləyib ki, burada soyuq davranış rəqiblərin üstünlüyünə səbəb ola bilər:"Səudiyyə Ərəbistanı neft ixrac etdiyi dünyanın hər bölgəsindən maksimum pay almaq istəyir. Hazırda İran və İraq Avropa bazarında öz paylarını artırmağa cəhd edir. Səudiyyə Ərəbistanı Avropa bazarı üçün ixrac etdiyi neftin qiymətini aşağı salmaqla rəqiblərini sıxışdırmağa çalışır".

Bütün xəbərlər Facebook səhifəmizdə