Zərdab rayonunun daha bir yaşayış məntəqəsinə - Şəftəhal kəndinə təbii qaz verilib. Bu məqsədlə 22537 metr daşıyıcı və paylayıcı xətt çəkilib, 169 evə sayğac quraşdırılıb. İyunun 2-də Şəftəhal kəndinə "mavi yanacağ"ın verilməsi təntənəli mərasimlə qeyd edilib. Açılış mərasimində çıxış edən rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev sakinləri təbrik edib, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində respublikamızda, o cümlədən Zərdabda həyata keçirilən sosial layihələrdən danışıb. Hazırda rayonun digər kəndlərində də qazlaşdırma işlərinin sürətlə davam etdirildiyi bildirilib.
Mərasimdə çıxış edən kənd sakinləri sosial qayğılarının həllinə göstərilən diqqətə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonra inşaat işlərində fəallıq göstərən bir qrup işçiyə qiymətli hədiyyələr təqdim olunub.
Sonda rəmzi məşəl alovlandırılıb, kəndə təbii qaz verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB