"Dünya bazarında neftin qiymətinin ucuzlaşması energetika sahəsində, xüsusilə də neft-qaz sektorunda milyardlarla dollarlıq layihələrin dayanmasına səbəb olub. Çünki, neftin qiymətinin 100 dollar olduğu zaman ayrı-ayrı şirkətlər ən çətin yerlərdə tədqiqat, eləcə də kəşfiyyat işləri aparmağa maraq göstərirdilər ki, bu da sözügedən sektorda böyük vəsait tələb edən layihələrin işlənməsinə gətirib çıxarırdı". Bu fikirləri SİA-ya iqtisadçı-ekspert Azər Mehdiyev neftin bahalaşmasına səbəb olan amillərdən danışarkən deyib.
Onun sözlərinə görə, neftin qiymətinin qalxması enerji sektorunda yeni layihələrin neft-qaz yataqlarının kəşfiyyatına gətirib çıxarırdısa, bunun nəticəsində enerjinin qiymətinin, eləcə də digər sektorlarda məhsulların maya dəyərinin şişməsinə, bütövlükdə isə qeyri-neft sektorunun inkişafını zəiflədirdi: "Lakin hazırda neftin ucuzlaşması böyük enerji layihələrinin gözləmə mövqeyi tutmasına gətirib çıxarsa da, eyni vəsaitlər daha çox enerjiyə qənaət edən və xüsusilə də qeyri-neft sektorunun inkişafına yönəlir. Bu baxımdan hazırda neftin qiymətinin uclaşmasının faciəli olduğunu düşünmürəm. Əksinə inkişaf bir sektordan digərinə keçib. İndiki mərhələ enerji deyil, qeyri-enerji sektorları ilə bağlı layihələrin daha da inkişafına səbəb ola bilər".
İraq və Liviyada neft hasilatının aşağı düşməsi ilə bağlı məsələyə münasibət bildirən A. Mehdiyev söyləyib ki, sözügedən ölkələrdə müharibənin olması neft hasilatının səviyyəsinə hər zaman ciddi təsir göstərir. İndiki halda, neft bazarında rəqabət məsələsi elə bir səviyyəyə çatıb ki, dünyada neft hasilatının azalması və əlavə təlabatın formalaşması bazara neft çıxarmaq istəyən ölkələr üçün əlverişli şərait yaradır. Müharibə səbəbindən Liviyada neft hasilatı azalırsa, İran dünya bazarında daha çox neft çıxarmağa çalışır. Bu baxımdan düşünürəm ki, neft hasilatının azalması qısa dövrdə bazara təsir göstərsə də, bir müddətdən sonra həmin yerlərin doldurulması imkanları qara qızılın qiymətinin əvvəlki illərdəki kimi qalmasını mümkünsüz edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB