Qara qızıl ucuzlaşıb

Dünya bazarında neftin qiyməti yeni həftəyə ucuzlaşma ilə başlayıb. SİA-nın xəbərinə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI neftinin qiyməti 1 barelə görə 0,16 dollar azalaraq 49,17 dollar təşkil edib. London ICE qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,23 dollar azalaraq 49,09 dollar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə