Qızıldan yeni xəbər

Dünya bazarında qızılın qiyməti ucuzlaşıb. SİA-nın xəbərinə görə, COMEX-də qızılın bir unsiyasının qiyməti 0,30 dollar yaxud 0,45% azalıb və 1 219,60 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1189 (+0,31%) təşkil edib.

Amerika və Avropa fond indekslərinin də qiyməti dəyişib. Amerika fond bazarında "Dow Jones" indeksi 0,13% ucuzlaşaraq 17 828,29 bənd, "S&P 500" indeksi 0,02% azalaraq 2 090,10 bənd, "Nasdaq" isə 0,14% irəliləyərək 4 901,77 bənd təşkil edib.

Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,04% bahalaşaraq 6 265,65 bənd, Fransa "CAC-40"-ı 0,69% artaraq 4 512,64 bənd, Almaniya DAX-ı 0,66% irəliləyərək 10 272,71 bənd olub.

Bütün xəbərlər Facebook səhifəmizdə