Deputat: "Kooperasiyanı kolxoz-sovxozla səhv salmayın" İRAD

Deputat: "Kooperasiyanı kolxoz-sovxozla səhv salmayın" İRAD

"Nədənsə son zamanlar mediada, hətta bəzi alimlər, elmlər doktorları və professorlar kooperasiyanı kolxoz-sovxozla səhv salırlar. Buna görə bizə dəfələrlə kolxoz və sovxozların yenidən geri qaytarılması ilə bağlı suallar da verirlər". SİA-nın xəbərinə görə, bu fikirəri Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev deyib.

Millət vəkili verilən suallara cavab olaraq Azərbaycanda kolxoz və sovxozlar geri qaytarılmadığını bir daha dilə gətirib.

Kolxoz-sovxozların Sovet Birliyi dövründə 1928-32-ci illər ərzində yaradıldığını deyən E. Quliyev söyləyib ki, kolxoz və savxozlar Rusiyada dövlət çevrilişindən sonra sahibkarların əllərində olan malların alınması əsasında yaradıldı: "Azərbaycan müstəqillik əldə etdikdən sonra Ümummilli Lider Heydər Əliyev ölkəmizdə ilk torpaq islahatını keçirməklə mövcud olan kolxoz və sovxozlar bölünərək, ayrı-ayrı insanlara, fərdi təsərrüfatlara verildi. Lakin kooperasiya bu günə qədər qorunub saxlanıb. Bu baxımdan bütün media qurumlarından xahiş edirəm ki, kooperasiyanı kolxoz-sovxozla səhv salmasınlar".

Bütün xəbərlər Facebook səhifəmizdə