"AtaBank" ASC səhmdarlarının növbəti ümumi yığıncağı çağırılıb
28 iyunda "AtaBank" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbəti ümumi yığıncağı çağırılır.
Ümumi yığıncaq Bakı şəhəri, Zərifə Əliyeva küçəsi, 55 ünvanında ("Yeni Həyat" iş mərkəzi, 8-ci mərtəbə, "AtaHolding" ASC-nin ofisi) keçiriləcək.
Səhmdarların ümumi yığıncağının gündəliyində 2015-ci maliyyə ili üzrə İdarə Heyətinin hesabatı, 2015-ci maliyyə ili üzrə Müşahidə Şurasının hesabatı, "AtaBank" Açıq Səhmdar Cəmiyyətinin 2015-ci maliyyə ili üzrə illik hesabatlarının, mühasibat balansının, mənfəət və zərər hesablarının təsdiq edilməsi, mənfəətinin bölüşdürülməsi məsələləri var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB