“Excelsior Hotel Baku” otelində “Baku Fashion Week” tədbirinə həsr edilmiş mətbuat konfransı keçirildi
"Excelsior Hotel Baku" otelində "Baku Fashion Week" tədbirinə həsr edilmiş mətbuat konfransı keçirildi. Mətbuat konfransında FMS məktəbinin rəhbəri Lyubov Quturova, Hafiz Ağayev, layihənin baş rejissoru Nina Drako, İD Fashion telekanalının prodüseri Vasiliy Klimçuk və məşhur italyan dizayneri Andrea Lazarri iştirak etdilər.
Hafiz Ağayev bildirdi ki, bu il onlar modapərəstlərə tamamilə yeni Moda həftəsi və müxtəlif sürprizlər təqdim edəcək. Lyubov Quturova bildirdi ki, onun agentliyi bir neçə yenilik hazırlayıb. FMS məktəbinin rəhbəri Lyubov Qutorova bildirdi ki, bu il "Baku Fasion Week" tədbiri Bakı Dəniz vağzalı ərazisində açıq havada keçiriləcək. Bunu hələ heç kim etməyib. Bizim moda həftəsini italyan dizayneri açacaq və öz kişi kolleksiyasını təqdim edəcək. Bu vaxata qədər biz kişi kolleksiyalarını heç zaman nümayiş etməmişik. Bu birinci dəfə olacaq. Həmçinin, Azərbaycan dizaynerinin uşaq paltarları kolleksiyası da nümayiş olunacaq.
Bütün layihənin rejissoru MBD, Avropa, Amerika ölkələrində və Qatarda moda sənayesi sahəsində 18 illik iş təcrübəsinə malik olan Nina Drakodur.
Nina Drako bildirdi ki, onlar moda həftəsi keçirəcəklər və bizlərə tanınmış dizaynerlərin kolleksiyalarını nümayiş edəcəklər. O, əmindir ki, layihələri bizim üçün yeni adlar açacaq və ildən ilə inkişaf edəcək. Çoxlu planlar var və onların həyata keçirilməsinə KİV-lərin dəstəyi lazımdır.
İtaliyan dizayner Andrea Lazarri Bakıya ilk dəfə gəldiyini etiraf etdi.
Baku Fashion Week 2016 tədbirinin təşkilatçıları FMS Models moda agentliyi, prodüser mərkəzi Hafiz Ağayev və İD Fashion beynəlxalq telekanalıdır.
Nümayişlərin cədvəli
13 may
18.30. açılış
19.00. Andrea Lazzari (Plus Que Ma Vie)
19.45 Uventa fashion House
20:30 Anna Zhabnyak
14 may
18.30. Açılış
19.00.Ruta
19.45. Di Lusso by Zulfiyya Seyidaliyeva
20.30. Birləşmiş nümayiş
Lalə Ağayeva
Nərgiz Muxtarova
Ülkər Hüseynova
15 May
19.30. Açılış
19.00. Gülüm Əsədullayeva
19.45. Sehri Rəhimova
20.30. La Li, dizayner Laine Alberinga
13 may tarixindən 15 may tarixinə qədər səhər saat 11.00-dan axşam saat 00:00-a qədər şou-otaqlar işləyəcəklər.
Andrea Lazzari (İtaliya)
Ruta (Ukrayna)
Tako Dvalishvili (Gürcüstan)
Zülfiyyə Seyidəliyeva tərəfindən Di Lusso
Günay Quliyeva (Azərbaycan)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB