SOCAR-ın vitse-prezidenti OGPC layihəsindən DANIŞDI

SOCAR-ın vitse-prezidenti OGPC layihəsindən DANIŞDI

"OGPC layihəsi ilə bağlı yapon və çin şirkətləri ilə danışıqlar aparılır. Təqribən 1 ildir ki, bu layihə ilə bağlı böyük işlər görülmür. Çünki investor, partnyor axtarırıq ki, onunla birgə müəssisə yaradaq və bu yolla layihəni həyata keçirək". SİA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında SOCAR-ın strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov deyib.

O bildirib ki, "SOCAR Polymer" şirkətinin polipropilen və yüksək sıxlıqlı polietilen qurğuları Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunur: "Şirkətin iki qurğusu hər il 180 min ton polipropilen və 120 min ton yüksək sıxlıqlı polietilen istehsal edəcək. Layihənin xammalı "Azərkimya" İstehsalat Birliyindən gəlməlidir. Bununla əlaqədar "Azərkimya" İB-də modernizasiya işləri aparılmalıdır. Təqribən 300 milyon ABŞ dolları həcmində vəsaitlə 2018-ci il yaxud da 2019-cu illərdə bu işlər yekunlaşdırılmalıdır. Artıq işlərə başlanılıb".

Bütün xəbərlər Facebook səhifəmizdə