Erməni təxribatı nəticəsində cəbhə bölgəsində mal-qaraya dəyən ziyan sığorta şirkətləri tərəfindən ödəniləcək. Bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri Heydər Əsədov deyib. Nazir bildirb ki,ölkəyə gətirilən bütün iri və xırda buynuzlu heyvanlar sığorta olunur.Cəbhə bölgəsində tələf olan heyvanlar sığorta predmenti olmasa da vətəndaşlara sığorta ödənişi olunacaq.
Əkin sahlərinin genişləndirilməsi ilə bağlı sualları da cavablandıran Heydər Əsədov bildirib ki, pambıq və tütün sahələrinin genişlənməsi xüsusi diqqət mərkəzindədir. Artıq bu il 50 min hektar pambıq sahəsində şumlama işlərini başa çatdırılıb.
Tütün istehsalına gəldikdə isə nazir deyib ki, bu sahədə əkin işlərinin yalnız 40-50 faizi həyata keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB