Dünya bazarında neftin qiyməti bahalaşır. SİA-nın xəbərinə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI neftinin qiyməti 1 barelə görə 0,28 dollar artaraq 45,06 dollar, Londonun ICE qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,27 dollar artaraq 46,10 dollar olub.
Azərbaycan neftinin də qiyməti bahalaşır. Belə ki, keçirilən ən son hərraclarda "AzəriLayt" markalı neftin bir barelinin qiyməti isə 1,53 dollar bahalaşaraq 48,09 dollar təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB