Bank VTB-nin dəstəyi ilə internat-məktəbin şagirdləri teatrda olub FOTO

Bank VTB (Azərbaycan)-ın dəstəyi ilə 11 saylı internat-məktəbinin şagirdləri Rus dram teatrına səfər edib. Müxtəlif yaş kateqoriyasında olan uşaqlar rus nağılları əsasında "Nağılın qonağı" adlı əyləncəli tamaşanı izləyib. Uşaqlar tamaşadan zövq alıb, sonda isə artistlərə gül dəstəsi verib və onlarla şəkil çəkdiriblər.

Bank VTB (Azərbaycan) Rus dram teatrı ilə 2015-ci ildə əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində bank, gələcəkdə də həssas əhali qruplarının teatrı ziyarət etməsi üçün şərait yaradacaq. Bununla bank uşaq evlərindən, internatlardan və imkansız ailələrdən olan uşaqlara teatr tamaşalarını izləmək imkanı yaradır.

Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və "AtaHolding" ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir. Bu gün bank 14 filial və Baş ofis yanında Müştəri xidmətləri İdarəsi ilə təmsil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə